Interposta.Info

 

Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı, “Qarabağ”ın rəqibləri məlum oldu - YENİLƏNİB

Dünya / Manşet
 1-09-2023, 17:14     378

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

"İnterPosta"xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə 32 komanda səkkiz qrupa bölünüb.

Azərbaycan çempionu “Qarabağ”ın bəxtinə “Bayer”, “Molde” və “Hakken” düşüblər.

Ən güclü qruplardan biri “Ayaks”, “Marsel”, “Brayton” və AEK-in iştirakı ilə düzəlib. Turnirin favoritlərindən “Liverpul” isə LASK, “Yunion” və “Tuluza”ya rəqib olub.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

Avropa Liqası

Qrup mərhələsi

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya)

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan)

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr)

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa)

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Yunion” (Belçika), “Tuluza” (Fransa)

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan)

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servette” (İsveçrə)

H qrupu: “Bayer” (Leverkuzen, Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Hakken” (İsveç)

15:43

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionunun bəxtinə dördüncü səbətdən İsveçin “Hakken” klubu düşüb.

Beləliklə, H qrupunda yer alan Qurban Qurbanovun komandası “Bayer” (Leverkuzen, Almaniya), “Molde” (Norveç) və “Hakken”lə mübarizə aparacaq.

15:33
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ikinci rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, H qrupunda yer alan Ağdam klubu qrupunun bəxtinə ikinci səbətdən Norveçin “Molde” klubu düşüb. Daha əvvəl “Qarabağ” qrupda Almaniya “Bayer”i (Leverkuzen) ilə rəqib olub.

15:29

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, H qrupunda yer alan son Azərbaycan çempionu Almaniyanın “Bayer” (Leverkuzen) klubuna rəqib olub.

15:06

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Ağdam klubu ikinci səbətdə yer alıb.

09:08

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Son çempion püşkatmaya ikinci səbətdə qatılacaq.

Avropa Liqası

Qrup mərhələsinin püşkatması

I səbət: “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya), “Roma”, “Atalanta” (hər ikisi İtaliya), “Bayer” (Almaniya), “Ayaks” (Niderland), “Reyncers” (Şotlandiya)

II səbət: “Betis” (İspaniya), “Marsel”, “Renn” (hər ikisi Fransa) “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), LASK (Avstriya), “Slaviya” (Çexiya), “Qarabağ” (Azərbaycan)

III səbət: “Brayton” (İngiltərə), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Molde” (Norveç), “Yunion” (Belçika), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya), “Şerif” (Moldova)

IV səbət: “Tuluza” (Fransa), “Panatinaikos”, AEK (hər ikisi Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Hakken” (İsveç).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26