Interposta.Info

Azərbaycan Basketbol Liqası: VII tur davam edir

İdman
 14-11-2025, 09:57     38 574

Azərbaycan Basketbol Liqasında bu gün VII turun daha bir qarşılaşması keçiriləcək.

"İnterPosta" xəbər verir ki, B qrupunda "Sumqayıt" "Naxçıvan"la üz-üzə gələcək.

Görüş Sumqayıt Olimpiya İdman Kompleksində saat 19:00-da start götürəcək. "Naxçıvan" qrupda 10 xalla ikinci pillədə yer alıb. 8 xala malik "Sumqayıt" isə sonuncu - altıncıdır.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Lənkəran" "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26