Azərbaycan klubu Mavritaniya millisinin üzvünü transfer edib
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Aznur" Mavritaniya millisinin üzvünü transfer edib.
Bu barədə "İnterPosta"ya komandanın baş məşqçisi Rəcəb Fərəczadə məlumat verib.
O, Mohamed Baqayokonu heyətə qatdıqlarını açıqlayıb. Mütəxəssis həmçinin "Zirə"dən və digər klublardan da transfer həyata keçirdiklərini deyib.
Qeyd edək ki, "Aznur" komandası Çempionlar Liqasının G qrupunda "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri ilə mübarizə aparacaq.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


