Çempionlar Liqası: "Qarabağ" cavab matçına çıxır
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn”la cavab matçına çıxacaq.
"İnterPosta"xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü italiyalı referi Andre Kolombo idarə edəcək. Qarşılaşma saat 20.00-da başlayacaq.
Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. Cütün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
"Qarabağ" - "Şelburn" duelinin məğlubu isə Avropa Liqasının 3-cü mərhələsində "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubuna rəqib olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab görüşü
30 iyul
20.00 Qarabağ (Azərbaycan) - Şelburn (İrlandiya)
Baş hakim: Andre Kolombo (İtaliya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 3:0.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


