Interposta.Info

Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
 

İdman
 23-04-2025, 19:22     43 659

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"İnterPosta"nın məlumatına görə, təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.

Qeyd edək ki, Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26