Interposta.Info

Beynəlxalq cüdo yarışında ilk gün:

İdman
 10-03-2017, 19:21     684

Beynəlxalq cüdo yarışında ilk gün:

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışlarında ilk günün görüşləri keçirilib. Qaliblərin müəyyənləşdiyi 5 çəki dərəcəsində Azərbaycan yığmasının 19 cüdoçusu tatami üzərinə çıxıb.

Musavat.com xəbər verir ki, onlardan yalnız biri - Orxan Səfərov bürünc medal qazanıb. Digərləri isə gözləntiləri doğrultmayıb.

Kişilər: 60 kq

Üç cüdoçumuz yarışa birinci mərhələdən başlayıb. Onların hər üçü məğlubiyyətə üzülüb. Mehman Sadıqov yaponiyalı Toru Şişime, Oruc Vəlizadə özbəkistanlı Muhitdin Tilonova, Natiq Qurbanlı braziliyalı Erik Takabatekeyə uduzub.

İlk mərhələdən azad olan Orxan Səfərov özünün ilk sınağında Qazaxıstan təmsilçisi Qusman Kırqızbayevə uduzub. Bu məğlubiyyət idmançımızı təsəlliverici mərhələyə daşıyıb.

O, öncə qırğızıstanlı Balaman Sayinbayunu məğlub edib. Səfərov bürünc uğrunda qarşılaşmada Takabatakeni məğlub edib. Bu da Səfərova bürünc medal qazandırıb.

66 kq

Birinci mərhələdən yarışa başlayan 4 idmançımızdan üçü elə ilk görüşdə mübarizəni başa vurub. Emil Həsənov monqolustanlı Xenqel Qanbolda, Vüqar Şirinli iranlı Əlireza Xocaste, İlkin Babazadə isə israilli Brauş Şmailova uduzub.

Nicat Şıxəlizadə özbəkistanlı Xociakbar Olimov və gürcüstanlı Laşa Qiunaşvilini məğlub edərək yarımfinala yüksəlib. Burada yaponiyalı Tomofumi Takayoya uduzan idmançımız bürünc uğrunda Şmailovla qarşılaşıb. Lakin yenə məğlub olan idmançımızın "bürünc" arzusu reallaşmayıb.

Qadınlar: 48 kq

Şəfəq Həmidova və Leyla Əliyeva ilk qarşılaşmada üz-üzə gəliblər. Sonuncu qalib gəlib, mərhələ adlasa da, serbiyalı Militsa Nikoliçin qarşısında aciz qalıb. Leyla təsəlliverici qarşılaşmada israilli Noa Minskerə də uduzub.

Şəfəq Məmmədova ilk mərhələdə rumıniyalı Aleksandra Pop, Aişə Qurbanlı isə braziliyalı Arissa Stefani Koyama önündə aciz qalib.

52 kq

Gülşən Nəzərova ilk rəqibi sloveniyalı Anya Stanqara uduzub. Nəzakət Əzizovanın çıxışı da 1 görüşdən ibarət olub. O, braziliyalı Sara Menezesə uduzub.

Günay Məmmədliyeva polşalı Aqata Perenc üzərində qələbə qazansa da, macar Reka Pupp ilə bacarmayıb. Təsəlliverici mərhələdə onun da önünü Stanqar kəsib.

57 kq

Üç idmançımız ilk görüşdə mübarizəni dayandırıb. Günel Bəkirzadə braziliyalı Gilmaria Prusensioya, Səkinə Zayirova sloveniyalı Kaya Kayzerə, Şəhanə Alməmmədova polşalı Yuliya Kovalçuka uduzub.

Leyla Şahin isə Qazaxıstan idmançısı Anna Kazyulinanı məğlub edib. Bu ölkənin digər təmsilçisi Sevara Nişanbayevaya uduzan Leyla təsəlliverici mərhələyə yollanıb. Burada onun yolunu Prudensio kəsib.

Qeyd edək ki, qarşıdakı iki gündə daha 31 idmançımız tatami üzərinə çıxacaq.

interposta.info
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:
Beynəlxalq cüdo yarışında ilk gün:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26