Interposta.Info

AFFA İntizam Komitəsi "Turan Tovuz"a xəbərdarlıq etdi

İdman
 24-02-2025, 14:48     33 075

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna xəbərdarlıq edib.

"İnterPosta" xəbər verir ki, bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb kimi göstərilib.

Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26