Interposta.Info

Rus qadın döyüşçü dopinqə görə UFC-dən diskvalifikasiya edildi
 

İdman
 20-07-2024, 14:19     41 253

Ultimate Döyüş Çempionatının (UFC) rusiyalı döyüşçüsü İrina Alekseyeva antidopinq qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya edilib.

"İnterPosta"xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.

21 iyun 2023-cü il tarixində ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən götürülmüş Alekseyevanın dopinq nümunəsində ekzogen mənşəli testosteron tapılıb. Diskvalifikasiya 2023-cü il oktyabrın 15-dən başlayır. 15 oktyabr 2024-cü ildə o, oktaqona qayıda biləcək.

15 oktyabr 2023-cü ildə rus qadın britaniyalı Melissa Dixonla rinqə çıxıb. Döyüş UFC Vegas 81 turniri çərçivəsində baş tutub.

Qarışıq döyüş sənətlərində Alekseyeva 7 döyüş keçirib, 5 qələbə qazanıb və 2 məğlubiyyət alıb.\qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26