Interposta.Info

 

Rusiya Baltikdə döyüş təyyarələrini havaya qaldırdı

Dünya
 27-06-2023, 14:46     145

Rusiya Baltik dənizi üzərində qırıcı döyüş təyyarələrinin təlimlərini keçirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Baltik dənizi üzərində səmada qırıcı döyüş təyyarələrinin yay-taktiki uçuş təlimləri keçirilir. Baltik Donanmasının "Su-27" ekipajları qanadlı raketlərə və şərti düşmən təyyarələrinə havadan atəş açıblar”, - deyə məlumatda bildirilib.


Qeyd edilib ki, təlimlərin keçirilməsində əsas məqsəd yay uçuş heyətinin döyüş və xüsusi tapşırıqların yerinə yetirilməsi ilə bağlı hazırlığını yoxlamaqdır. Aviasiyanın döyüş imkanlarından istifadə edərək yeni taktiki hərəkətlərin işlənib hazırlanması da nəzərdə tutulur.\UNİAN

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26