Interposta.Info

Avropa Liqası: "Zirə" "Şerif"lə cavab matçına çıxır

İdman
 18-07-2024, 09:51     43 133

"Zirə" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da "Şerif"lə (Moldova) qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Zirə" - "Şerif" cütünün qalibi II təsnifat mərhələsində "Elfsborq" (İsveç) - "Pafos" (Cənubi Kipr) qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək. Bu cütün məğlubu Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab görüşü

18 iyul
20.00 Zirə (Azərbaycan) - Şerif (Moldova)
Baş hakim: Bulat Sarıyev (Qazaxıstan).
Mərdəkan, "Dalğa Arena".
İlk oyun - 1:0.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26