Interposta.Info

UEFA AVRO-2024-ün hakimini vaxtından əvvəl evə yola saldı - İnsidentin təfərrüatı

 

 

İdman
 29-06-2024, 14:53     41 301

İspaniyalı hakim Xesus Gil Manzano artıq Avropa çempionatının oyunlarını idarə etməyəcək.

"İnterPosta" xəbər verir ki, UEFA Fransa-Avstriya matçında bir sıra səhvlərdən sonra hakimi oyunlardan uzaqlaşdırmaq qərarına gəlib.

0:0 hesabı ilə başa çatan qarşılaşmada hakim səhvən küncdən zərbə əvəzinə qapıdan cərimə zərbəsi təyin edib, həmçinin Kilian Mbappenin burnu sındığı üçün Fransaya əvəzetmə imkanı verməyib.

Fransa yığması pley-offa ikinci yerdə çıxıb, Avstriya komandası isə qrup qalibi olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26