Interposta.Info

Çempionlar Liqası: Bu gün daha iki oyun keçiriləcək - AFİŞA

İdman
 15-02-2023, 09:11     359

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Gecənin maraqla gözlənilən matçı Almaniyada Dortmund “Borussiya”sı ilə “Çelsi” arasında olacaq. Görüşü ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə edəcək.

Digər oyunda isə Portuqaliya “Benfika”sı Belçikada turnirin sürpriz komandası “Brügge”nin qonağı olacaq. Qarşılaşmada ədaləti italiyalı Davide Massa qoruyacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

15 fevral

00:00. “Borussiya” Dortmund (Almaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Xesus Gil Manzano (İspaniya)

Dortmund, “Siqnal İduna Park” stadionu

00:00. “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya)

Baş hakim: Davide Massa (İtaliya)

Brügge, “Yan Breydel” stadionu.

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya “Bavariya”sı Fransada PSJ-yə, İtaliya “Milan”ı isə evdə İngiltərə “Tottenhem”inə 1:0 hesabı ilə qalib gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26