Interposta.Info

Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA

 

İdman
 17-04-2024, 17:30     48 275

Azərbaycan çempionatında növbəti danışılmış oyun "radar"a düşüb.

Bu barədə Fanat.Az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri "SportRadar" şirkətindən siqnal aldıqlarını çatdırıb:

"Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlıə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - "Difai Ağsu" matçından gedir. Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sözügedən oyunda məhz 4 qol vurulub - görüş "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26