Interposta.Info

Premyer Liqa matçı öncəsi adam öldürdülər

İdman
 8-04-2024, 16:55     79 433

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan "Tottenhem" - "Nottingem Forest" matçından əvəl faciəli hadisə yaşanıb.

"İnterPosta" -nın məlumatına görə, oyundan əvvəl "Tottenhem"in stadionunun yaxınlığından bir nəfər ölü tapılıb. Polis və təcili yardım xidmətlərinə bir nəfərin ölümcül hücuma məruz qalması barədə məlumat verilib. Polisi şəxsin bıçaq yaralarından öldüyünü təsdiqləyib. Ürəyinə masaj edilməsinə baxmayaraq yaralının hadisə yerində öldüyü açıqlanıb. İşin istintaqı davam etdirilir.

Hadisə "Tottenhem"in doğma meydançasının yaxınlığında baş verdiyi üçün qarşılşamanın təxirə salınacağı gözlənilirdi. Ancaq oyun ləğv olunmayıb və təyin edildiyi vaxtda başlayıb. Klubun yaydığı bəyanatda, hadisə ilə bağlı polis araşdırmasının davam etdiyi və bu yöndə onlara dəstək göstərildiyi bildirilib. Hadisənin baş verdiyi istiqamətdə stadionun qapılarının oyun boyu bağlı qalacağı bildirilib.

Hadisəyə baxmayaraq qarşılşama keçirilib və "Tottenhem" doğma meydanda 3:1 hesabı ilə qələbə qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26