Interposta.Info

Veteran futbolçular arasında dünya çempionatı keçiriləcək

İdman
 6-02-2024, 11:34     22 698

Yay aylarında veteran futbolçular arasında özəl turnir keçirilməsi planlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, turnirdə Məsut Özil, Dieqo Luqano, Emerson, marko Materatsi kimi futbolçuların meydanlara çıxacağı gözlənilir.

Xüsusi turnirə İngiltərə ev sahibliyi edəcək. Yaşı 35-dən yuxarı olan oyunçulardan ibarət dünya çempionatı təşkil olunacaq. Almaniya millisi ilə vidalaşması xoşagəlməz olsa da, keçmiş uğurları ilə tarixə düşən Məsut Özil də turnirdə iştirak edənlər arasında olacaq. Alman mətbuatında yer alan məlumata görə, FİFA-ya bağlı olmayan xüsusi turnirdə adlarını dünya çempionatı tarixinə yazan əfsanəvi adlar çıxış edəcək. Məsut Özillə yanaşı turnirdə Almaniya millisinin heyətində Sami Xedira və Kevin Kuranyi kimi adların da yer alacağı bildirilib.

Yay aylarında İngiltərədə bir həftə sonra keçiriləcək turnir eyni stadionda oynanılan matçlarla yekunlaşacaq.

Eyni zamanda komandaların kapitanları da bəlli olub.

Stiv Makmanaman (İngiltərə)
Esteban Cambiasso (Argentina)
Emerson (Braziliya)
Kristian Karembeu (Fransa)
Marko Materatsi (İtaliya)
Mişel Salqado (İspaniya)
Dieqo Luqano (Uruqvay)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26