Interposta.Info

“Qəbələ” - “Qarabağ” matçındakı insidentə görə cəzalar bəlli olub
 

İdman
 1-02-2024, 14:17     40 173

AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” - “Qarabağ” matçında futbolçular arasında dava düşüb.

"İnterPosta" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib.

Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduqlarına görə qırmızı vərəqə ilə cəzalandırılıblar.
Onların hər biri qarşıdakı dörd matçı buraxmalı olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26