Interposta.Info

Gəncədə futbolçular arasında

İdman
 28-02-2017, 18:04     559

Gəncədə futbolçular arasında

Topaz Premyer Liqanın 20-ci turunda hazırda keçirilən "Kəpəz" - "Qəbələ" oyununda futbolçular arasında dava düşüb.

Qol.az-ın xəbərinə görə, matçın 38-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri meydan sahiblərinin oyunçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Bundan sonra futbolçular arasında mübahisə yaranıb, gürcü futbolçu Nicatı itələyib, sonuncu isə buna cavab olaraq "Qəbələ"li futbolçunu sillə ilə vurub.

Nəticədə görüşün baş hakimi Əliyar Ağayev hər iki futbolçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26