Interposta.Info

 

AFFA rəqiblərini vuran futbolçuları cəzalandırdı

İdman
 23-11-2023, 18:34     37 129

AFFA U-15 Liqasında keçirilən “Lion” - “Ulduz” görüşündə futbolçular arasında dava düşüb.
“Report” xəbər verir ki, İntizam Komitəsi “Lion”un oyunçusu Hüseyn Hüseynovu dörd matçlıq cəzalandırıb.
Buna onun 60-cı dəqiqədə rəqibi vurması səbəb olub. Mingəçevir təmsilçisinin üzvü Elcan Həsənov da 60-cı dəqiqədə eyni hərəkəti etdiyi üçün dörd qarşılaşmalıq diskvalifikasiya edilib.
Bundan əlavə, Həsənovun komanda yoldaşı Eldar Osmanov həmin vaxt rəqibi vurmağa cəhd göstərdiyi üçün iki oyunluq cəza alıb.
AFFA İntizam Komitəsi “Neftçi” İK-nın futzalçısı Namiq Məmmədkərimovu dörd oyunluq cəzalandırıb.
Buna 43 yaşlı oyunçunun “Araz-Naxçıvan”la matçda etdiyi hərəkət səbəb olub.
Azərbaycan millisinin sabiq üzvü 27-ci dəqiqədə ikinci sarı vərəqəni aldıqdan sonra rəqib futzalçı Lukas Freytas Romao Da Silvaya əli ilə zərbə endirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26