AFFA “Nefçi”nin prezidentini cəzalandırdı
AFFA-nın İntizam Komitəsi "Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.
"İnterPosta"-nın məlumatına görə komitə ötən gün kubokun yarımfinalının ilk görüşləri çərçivəsində keçirilən "Turan Tovuz” - "Neftçi” matçı ilə bağlı qərarını açıqlayıb.
Qərara əsasən "Turan Tovuz” – "Neftçi” oyununun fasiləsi zamanı "Neftçi”nin prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalandırılıb, klub 4000 manat cərimə edilib. Cəzanın sınaq müddəti 6 ay təyin edilsin.
Bundan başqa Tovuz klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26