Premyer Liqa: “Sumqayıt” bu gün “Kəpəz”in qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
“Report” xəbər verir ki, günün yeganə matçında “Kəpəz” “Sumqayıt”la üz-üzə gələcək.
Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 15:30-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi 23 xalla 4-cü, Gəncə klubu 13 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XVII tur
15:30: “Kəpəz” - “Sumqayıt”
Qeyd edək ki, XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26