Interposta.Info

 

Azərbaycanın U-21 millisi yoxlama görüşündə qələbə qazanıb

İdman
 17-11-2023, 21:24     36 666


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.
“Report”un məlumatına görə, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da baş tutan oyunda Latviyadan üstün olub.
Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-21 millimiz noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26