Interposta.Info

“Qızıl top”un sahibi bu gün elan olunacaq

İdman
 30-10-2023, 17:42     21 690

Bu gün oktyabrın 30-da Parisdə, “Şatelet” teatrında “France Football” jurnalı tərəfindən 2022-ci il üçün dünyanın ən yaxşı futbolçusuna “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, Fransa nəşrinin mükafatı futbol dünyasının ən nüfuzlu mükafatı hesab olunur. Mükafat ilk dəfə 1956-cı ildə təqdim edilib.

Milli komandaların kapitanları və məşqçiləri, idman jurnalistləri planetin ən yaxşı oyunçusuna səs verirlər. Hazırda “Qızıl top” mükafatları 4 kateqoriya üzrə təqdim olunur: ən yaxşı kişi oyunçuya, ən yaxşı qadın oyunçuya, 21 yaşa qədər ən yaxşı oyunçuya və ən yaxşı qapıçıya./olympics.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26