Interposta.Info

Dünya çempionatlarının fərdi mükafat sahibləri - Birincisi italyan, sonuncusu xorvat

İdman
 10-11-2022, 10:20     414

Dünya çempionatları tarixində "Qızıl Top” mükafatlarının birincisini italiyalı Paolo Rossi, sonuncunu isə xorvat Luka Modriç qazanıb.

"İnterPosta"xəbər verir ki, 1982-ci ildən etibarən dünya çempionatlarında "Qızıl Top" mükafatı təsis edilir. Hansı ki, bunu qazanacaq futbolçu dünyanın müxtəlif KİV orqanlarında çalışan media mənsublarının seçimi əsasında müəyyənləşir.

1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında vurduğu 6 qolla "ən yaxşı bombardir" adını qazanan və İtaliya çempionatında adından söz etdirən Paolo Rossi "Qızıl Top"un da ilk sahibi kimi tarixə düşdü.

1986-cı ildə Meksikada keçirilən dünya çempionatında isə səhnəyə Argentinalı Dieqo Armando Maradona çıxdı. İngiltərəyə vurduğu qol "Allahın əli” kimi qiymətləndirilən Maradona Argentina çempionatında da pay sahibi olub. Bu səbəbdən həmin ildə "Qızıl Top”a sahib çıxıb.

1990-cı ildə İtaliyada keçirilən dünya çempionatında isə bir ilk yaşandı. Belə ki, "Qızıl Top" çempion olmayan komandanın futbolçusuna verilib. Həmin turnirdə Almaniya millisi birinciliyi qazansa da "Qızıl Top"a italiyalı futbolçu Salvatore Şillaçi layiq görüldü.

1994-də isə Braziliya millisinin futbolçusu Romario ənənəvi mükafatı qazanıb. 1998-ci ildə daha bir "sambaçı" Ronaldo, 2002-ci ildə alman qapıçı Oliver Kan, 2006-cı ildə Fransa millisinin əfsanəsi Zinəddin Zidan, 2010-cu ildə uruqvaylı Dieqo Forlan, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında argentinalı superulduz Lionel Messi "Qızıl Top"a layiq görülüb. Sonuncu - 2018-ci ildə keçirilən mundialda isə finalda Fransaya 2:4 hesabı ilə məğlub olan Xorvatiya millisinin futbolçusu Luka Modriç sözügedən mükafatı qazanıb.

"Qızıl Əlcək" mükafatı

Dünya çempionatında ən yaxşı qapıçılara verilən "Qızıl Əlcək” tətbiqi1994-cü ildə ABŞ-da təsis olunub. İlk dəfə SSRİ-nin əfsanəvi qapıçısı Lev Yaşinə verilən mükafat 2010-cu ildə "Qızıl Əlcək” mükafatı olaraq dəyişdirilib.

"Ən yaxşı gənc oyunçu" mükafatı

Dünya çempionatında "ən yaxşı gənc oyunçu" mükafatı 1958-ci ildən verilir. Bu mükafatı ilk dəfə Pele qazanıb. Mükafatın hələlik son sahibi isə Fransa millisinin futbolçusu Kilyan Mbappedir.

"FİFA Centlmen" mükafatı

"FIFA Centlmen" mükafatı dünya çempionatları zamanı ən centlmen yığmaya verilir və ikinci mərhələyə vəsiqə qazanan komandalar arasından seçilir. İlk dəfə 1970-ci ildə Peruya verilən mükafatı qazanan son ölkə İspaniya olub. "FİFA Centlmen" mükafatını ən çox qazanan ölkə Braziliya (4 dəfə), İspaniya (3 dəfə), İngiltərə (2 dəfə) olub. Peru, Qərbi Almaniya, Argentina, Fransa, Belçika və Kolumbiya yığmaları isə hərəsi 1 dəfə bu mükafata layiq görülüb.

"Ən əyləncəli komanda"

FİFA 1994-cü il dünya çempionatından sonra "ən əyləncəli komanda" mükafatını da verdi. Ümumxalq səsverməsi ilə mükafat 1994-cü ildə Braziliyaya, 1998-ci ildə Fransaya, 2002-ci ildə Cənubi Koreyaya, 2006-cı ildə Portuqaliyaya, 2010-cu ildə Almaniyaya, 2014-cü ildə Kolumbiyaya 2018-ci ildə isə Rusiyaya verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26