Interposta.Info

2000-ci illərin ən yaxşı futbolçuları (SİYAHI)

 

İdman
 28-09-2023, 11:26     497

"Barselona"nın və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo "FourFourTwo" tərəfindən 2000-ci illərin ən yaxşı futbolçusu seçilib.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya jurnalı 21-ci əsrin ilk onilliyində ən yaxşı çıxış edən 50 oyunçunun reytinqini tərtib edib.

Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olub. 2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib. 2005-ci ildə braziliyalı "Qızıl top"u qazanıb. Müxtəlif vaxtlarda "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", "Queretaro", PSJ və "Milan"da çıxış edib. O, 2018-ci ildə karyerasını bitirib.

2000-ci illərin ən yaxşı 10 futbolçusu.

1. Ronaldinyo (Braziliya)
Ətraflı
2. Zinəddin Zidan (Fransa)
3. Kaka (Braziliya)
4. Tyerri Anri (Fransa)
5. Kriştiano Ronaldo (Portuqaliya)
6. Xavi (İspaniya)
7. Ronaldo (Braziliya)
8. Andres İnyesta (İspaniya)
9. Zlatan İbrahimoviç (İsveç)
10. Lionel Messi (Argentina)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26