Interposta.Info

 

Azərbaycanda basketbol klubunun adı dəyişdirilib, komanda Xaçmazı təmsil edəcək

İdman
 29-09-2023, 10:12     502

2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirak edəcək NTD-nin adı dəyişdirilib.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, komanda NTD-INDIGO adlanacaq.

Klub artıq paytaxtı yox, Xaçmaz rayonunu təmsil edəcək və ev oyunlarını buradakı Olimpiya İdman Kompleksində keçirəcək.
Qeyd edək ki, NTD ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26