Interposta.Info

“Qarabağ”ın yeni transferləri “Olimpiya”ya qarşı oynaya biləcəklər?
 

İdman
 23-08-2023, 11:34     406

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə oyunlarda yeni transferlərin xidmətindən yararlana biləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qapıçı Andrey Lunyov və müdafiəçi Mateus Silvanın adı Lyublyana təmsilçisi ilə görüşlər üçün iştirak ərizəsinə daxil edilib.

Hər iki futbolçu bu gün komanda ilə birgə Sloveniyaya gedəcək. Onların meydana çıxıb-çıxmaması baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26