Interposta.Info

Avropa Oyunları: Azərbaycan kikboksçusu finala yüksəlib - YENİLƏNİR

İdman
 1-07-2023, 14:09     354

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 63,5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.

Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.

12:44

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarında ilk görüşünü 1/16 finalda Çexiyaya qarşı keçirib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Azərbaycan yığması 1/8 finalda Fransa seçməsinə rəqib olub.

10:24
Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün 3 növdə mübarizə aparacaqlar.

“Report”un məlumatına görə, ölkə təmsilçiləri cüdo, kikboksinq və çimərlik futbolunda qüvvələrini sınayacaqlar.

Cüdo

12:00. Qarışıq komanda yarışları (Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli, Nigar Süleymanova (hər ikisi +70 kq)): Azərbaycan - Çexiya

Kikboksinq

13:15. Kişilər (yarımfinal): Fərid Ağamoğlanov (63,5 kq) - Filip Barak (Slovakiya)

Çimərlik futbolu

16:00. Kişilər. (5-ci yer uğrunda oyun): Azərbaycan - Moldova

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26