Interposta.Info

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

İdman
 21-04-2022, 10:24     283


Cüdo üzrə Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

"İnterPosta" məlumatına görə, yığmamız aprelin 29-dan mayın 1-dək keçiriləcək Avropa çempionatı üçün 11 idmançı sifariş edib.
Ətraflı

Məşqçilər korpusu yarışda Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq), Şəfəq Həmidova və Ramilə Əliyevaya (hər ikisi 48 kq) şans verəcək.

Avropa çempionatında 40 ölkədən 365 (208 kişi, 157 qadın) cüdoçunun iştirakı gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26