Interposta.Info

Boksçumuz dünya çempionatının finalına vəsiqə qazandı

İdman
 4-11-2021, 20:16     587

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"İnterPosta" xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı kubalı Ruis Kordoba ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə finala gedən yolda ermənistanlı Davit Çaloyana 0:5 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu yarımfinal görüşlərini keçirəcək. Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla üz-üzə gələcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26