Interposta.Info

Daha bir idmançımız Tokio-2020-ni medalsız başa vurdu
 

İdman
 31-07-2021, 10:24     462

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb. 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz "Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib.

Çələbiyev bu görüşdə 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

Çələbiyev Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçumuz olub. Buna qədər Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız 81 kq çəki dərəcəsində yarışan Alfonso Dominges yarımfinala vəsiqə qazanmaqla bürünc medalı təmin edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26