Interposta.Info

"Qarabağ” Juninyonun transferini açıqladı

 

İdman
 26-06-2023, 10:01     67 522

"Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.

"İnterPosta" xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın "Çaves” klubundan transfer olunub. Keçidin detalları və müqavilə müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Qarabağ”ın transfer dönəmində ilk keçidi "Zirə”dən fransalı vinger Hamidu Keyta olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26