Interposta.Info

Millimiz reytinqdə gerilədi

İdman
 6-04-2023, 15:01     391

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"İnterPosta"qurumun rəsmi saytına istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabrında açıqlanmış reytinq cədvəli ilə müqayisədə millimiz 3 pillə geriləyib. Canni De Byazinin rəhbərlik etdiyi yığma hazırda 1142 xalla 124-cü pillədə qərarlaşıb.

Geriləməyə səbəb yığmamızın Avropa çempionatının seçmə mərhələsində keçirdiyi Avstriya və Uİsveçlə matçlar olub. Komandamız Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.

Reytinq cədvəlinin ilk pilləsində isə 1840 xalla son dünya çempionu Argentina qərarlaşıb. Cədvəldə ikinci yerdə Fransa (1838) yer alıb. İlk "üçlüy"ü isə Braziliya (1834) qapayır.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26