Interposta.Info

Arda Turan "Wanda Metropolitano"da belə qarşılandı (VİDEO)

İdman
 9-01-2023, 11:29     408

Türkiyə millisinin sabiq futbolçusu İspaniya La Liqasında baş tutan "Atletiko" (Madrid) - "Barselona" matçında iştirak edib.

Karyerası ərzində həm "Atletiko", həm də "Barselona"da oynamış futbolçu sabiq komandalarının oyununu izləmək üçün İspaniyaya gedib. "Wanda Metropolitano"da baş tutan görüşdə Arda azarkeşlərin sıx marağı ilə qarşılaşıb. Azarkeşlər keçmiş futbolçularına sevgi nümayiş etdirərək, onları alqışlarla qarşılayıblar.

La Liqanın rəsmi "Twitter" səhifəsi həmin anları "Wanda Metropolitanoda xüsusi qonaq" başlığı ilə paylaşıb.

Mövsümün əvvəlində karyerasını bitirdiyini açıqlayan 35 yaşlı yarımmüdafiəçi 2011-ci ilin yayında 13 milyon avroya "Qalatasaray"dan "Atletiko"ya keçib. Daha sonra o, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında Madrid klubundan "Barselona”ya transfer olunub. 2018-ci ildə "Başakşehir"ə icarəyə verilən futbolçu 2020-ci ildə yenidən "Qalatasaray"a qayıdıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26