Interposta.Info

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

İdman / Manşet
 19-12-2022, 09:46     484

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında oynanılacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. “Azersun Arena”dakı ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

Digər matçda isə “Sabah” “Səbail”i qəbul edəcək. “Bank Respublika Arena”dakı görüş saat 19:00-da start götürəcək. “ASK Arena”dakı ilk qarşılaşmada “dənizçilər” 3:2 hesablı qələbə qazanıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26