Interposta.Info

DÇ-2022: Argentina yarımfinalda
 

İdman
 10-12-2022, 09:37     435

Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub.

"İnterPosta"nın məlumatına görə, Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finalda Niderlandı məğlub edib.

Cənubi Amerika təmsilçisi 35-ci dəqiqədə Nahuel Molina və 73-cü dəqiqədə Lionel Messinin qolu sayəsində iki top fərqi ilə önə keçib. Ancaq komanda bu üstünlüyünü qoruya bilməyib. Sonradan meydana daxil olan Vaut Veqhorst 83-cü və 90+11-ci dəqiqədə dubl edərək, hesabı bərabərləşdirib.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də tablodakı rəqəmlər dəyişmədiyindən, penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) Argentina yığması adını yarımfinala yazdırıb.

Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26