Interposta.Info

"Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

İdman / Manşet
 27-10-2022, 09:50     324


"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"İnterPosta"nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşacaq. "Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hazırda "köhlən atlar" 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək.

Bu qrupun digər oyununda isə "Frayburq" Almaniyada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur

27 oktyabr
23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skite, Yorgen Burçard (hamısı Danimarka)
Nant, "Bojuar" stadionu

Xal durumu: "Frayburq" - 12. "Qarabağ" - 7. "Nant" - 3. "Olimpiakos" - 1./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26