Interposta.Info

"Olimpiakos" - "Qarabağ": Heyətlər (YENİLƏNİB)

İdman
 6-10-2022, 22:31     305

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi
III tur

23.00 Olimpiakos (Yunanıstan) - Qarabağ (Azərbaycan)
Olimpiakos: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges.
Ehtiyar oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi.
Baş məşqçi: Miçel Qonsales.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina).
Pirey, "Georgios Karaiskakis".

Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26