Interposta.Info

UEFA “Qarabağ”la oyundakı hadisələrə görə “Frayburq”u cərimələdi
 

İdman
 11-10-2022, 21:35     251

UEFA Almaniyanın "Frayburq" komandasını cərimələyib.

"İnterPosta" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Bundesliqa təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la ev və II turda Yunanıstan "Olimpiakos"u ilə səfər oyunlarındakı davranışları səbəb olub.

Nəticədə klub ilk matçdakı olaylar səbəbindən 7 000 avro, ikinci görüşdəki insidentə görə isə 11 000 avro məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" metçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26