Interposta.Info

“Qarabağ”ın rəqibi Bundesliqada səfərdə qalib gələrək liderliyə yüksəldi - VİDEO

İdman
 3-09-2022, 21:48     322

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 5-ci tur oyununa çıxıb.

Komanda Leverkuzendə “Bayer" ilə qarşılaşıb. Görüş "Frayburq"un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə nəticəsində "Frayburq" xallarının sayını 12-yə çatdırıb və topların nisbətinə görə turnir cədvəlində liderliyə yüksəlib. İkinci yeri tutan “Borussiya” Dortmundun da 12 xal var. 5 oyunda hərəyə 11 xal toplayan “Bavariya” və “Union” Berlin 3-4-cü yerləri bölüşdürürlər.

"Bayer" (Leverkuzen) - "Frayburq" - 2:3

Qollar: Demirbay, 16, Patrik Şik, 65 - Qinter, 48, Qreqoritsç, 51, Doan, 72

Qeyd edək ki, Almaniya klubu növbəti matçını sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26