Interposta.Info

"Qarabağ"ın potensial rəqibləri - "Mançester Yunayted", "Roma", "Arsenal"...

İdman
 24-08-2022, 17:22     306

Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Viktoriya"ya (Plzen) 1:2 hesabı ilə uduzan "Qarabağ" mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.

"İnterPosta"xəbər verir ki, Ağdam klubunun potensial rəqiblərindən bir neçəsinin adı dəqiqləşib.

Qitənin ikinci dərəcəli klub turnirində yarışacaq "köhlən atlar"dan başqa, daha 18 komanda müəyyənləşib. Bunlar "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Feyenoord" (Niderland), "Renn", "Nant", "Monako" (hamısı Fransa), "Real Sosyedad", "Real Betis" (hər ikisi İspaniya), "Union Berlin", "Frayburq" (hər ikisi Almaniya), "Şturm" (Avstriya), "Yunion" (Belçika), "Midtyulland" (Danimarka), "Srvena Zvezda" (Serbiya) və "Dinamo"dur (Kiyev, Ukrayna).
Ətraflı

AL-də 8 qrupda 32 kollektiv mübarizə aparacaq. İştirakçıların tam siyahısı avqustun 25-də müəyyənləşəcək. Qrup oyunları 8,15 sentyabr, 6,13,27 oktyabr və 3 noyabr tarixlərində keçiriləcək.

AL-in qrup mərhələsinin püşkü avqustun 26-da, Bakı vaxtı ilə 15:00-da atılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26