Interposta.Info

"Qarabağ" Bundesliqanın liderinə minimal hesabla uduzdu

İdman / Manşet
 9-09-2022, 09:55     369

Azərbaycan çempionu "Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti, Almaniya Bundesliqasının hazırkı lideri "Frayburq”la qarşılaşıb. Görüş Bundesliqanın liderinin meydanında baş tutub.

Matç erkən qollarla başlayıb. "Frayburq” ilk 15 dəqiqədə iki dəfə "Qarabağ”ın qapısına yol tapıb.

Buraxılan qollardan sonra toparlanmağı bacaran ağdamlılar fasiləyədək fərqi minimuma endirib. Marko Veşoviç almaniyalıları məyus edib.

İkinci hissədə öz oyununu tapan "Qarabağ” məğlubiyyətdən qaçmağa çalışıb. Lakin təmsilçimiz rəqib qapısına hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Beləliklə, "Qarabağ” qrup mərhələsinə 1:2 hesablı məğlubiyyətlə start verib.

Qeyd edək ki, qrupun digər görüşündə "Nant” "Olimpiakos”la üz-üzə gəlib. Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

Avropa Liqası
Qrup mərhələsi
G qrupu, I tur

8 sentyabr
Frayburq (Almaniya) - Qarabağ (Azərbaycan) 2:1
Qollar: Vinçentso Qrifo, 7. Ritsu Doan, 15 - Marko Veşoviç, 39.
Frayburq: 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan.
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 21. Noah Atubolu, 2. Uqo Sike, 7. Jonatan Şmid, 11. Daniel-Kofi Köreh, 14. Yannik Kaytel, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt, 34. Merlin Röl, 38. Mixael Qreqoriç.
Baş məşqçi: Kristian Ştrayx.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Roman, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Erik Lambrexts (Belçika).
Frayburq. "Europa-Park" stadionu./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26