Interposta.Info

Millimizin seçmə mərhələdəki oyunlarının tarixi dəqiqləşdi

İdman
 11-08-2022, 17:22     253


Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının "Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

"İnterPosta" AFFA-nın rəsmi saytına istinadə xəbər verir ki, 27 avqust 5 sentyabr tarixlərində İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq.

Zeynal Zeynalovun baş məşqçisi olduğu komanda avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26