Interposta.Info

Bakı-2022 Dünya Kuboku yarışlarından ilk nəticə
 

İdman
 28-05-2022, 22:38     285

Atıcılıq üzrə Dünya Kubokunun bu gün Bakıda başlayan ilk yarışlarının nəticələri artıq məlumdur.

Qaynarinfo xəbər verir ki, 10 metrlik tüfəng atıcılığı üzrə qadınlar və kişilər arasında keçirilən yarışlarda yarımfinallara vəsiqəni təmin edən komandalar müəyyənləşib.

Qadınlar arasında yarışda 95 nəfər iştirak edib. Macarıstan, Fransa, Polşa, Danimarka, Fransa, Rumıniya və Koreyadan ümumilikdə 8 nəfər (Polşadan 2 nəfər) yarımfinala vəsiqə qazanıb. Ən yüksək xalı Macarıstanlı atıcı toplayıb.

Tüfəng atıcılığı növündə də 96 kişi mübarizə aparıb. Serbiya, Qazaxıstan, İsrail, Hindistan, Macarıstan, Avstriya, Polşa, Xorvatiya atletləri yarımfinala keçib. Kişilər arasında ən yüksək nəticəni Serbiya nümayəndəsi göstərib.

Azərbaycanı bu növdə 3 kişi, 4 qadın təmsil edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26