Interposta.Info

Azərbaycan klubunun adı dəyişdirildi (RƏSMİ)

 

İdman
 6-04-2022, 11:24     290

"Keşlə"nin adı rəsmən "Şamaxı" olaraq dəyişdirilib.

Bu haqda Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. "Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib.

Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL "Şamaxı” futbol klubunu "Keşlə” futbol klubunun tamhüquqlu xələfi olaraq qəbul edib.

"Şamaxı” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26