Interposta.Info

“Çelsi” futbol klubunun üzvləri Bakıya yola düşüblər - FOTO

İdman
 27-05-2019, 21:50     10 408

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı - “Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.

AZƏRTAC “Çelsi” klubunun “Twitter” səhifəsinə istinadla xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.

Xatırladaq ki, “Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə “Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq. “Çelsi” həlledici görüşdə qalib gələrsə tarixində ikinci dəfə bu titula sahib olacaq. Klub 2013-cü ildə Portuqaliyanın “Benfika” klubunu 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

İnterPosta.info

“Çelsi” futbol klubunun üzvləri Bakıya yola düşüblər - FOTO
“Çelsi” futbol klubunun üzvləri Bakıya yola düşüblər - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26