Interposta.Info

“Çelsi” və “Arsenal”-ın mətbuat konfranslarının və məşqlərinin vaxtı açıqlandı

İdman
 28-05-2019, 08:58     10 417

Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq "Çelsi” və "Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.

İnterPosta.info
AFFA-ya istinadən xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda "Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.

"Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26