Interposta.Info

Bakıdakı Avropa Liqasının finalında anşlaq və yeni azarkeş rekordu olacaq

Ölkə
 29-05-2019, 13:24     10 396

Bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir.

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqası (UEFA Kuboku) tarixində rekord göstərici olacaq.

Qeyd edək ki, matç saat 23:00-da başlanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26