"Keşlə"nin adı dəyişdirildi (RƏSMİ)

Azərbaycan Premyer Liqasında iştirak edən "Keşlə"nin adı dəyişdirilib.
"İnterPosta" xəbər verir ki, klub "Şamaxı" adı ilə fəaliyyət göstərəcək. Bu haqda AFFA-nın İcraiyyə Komitəsinin Hesabat Konfransında qurumun icraçı-vitse-prezidenti Elxan Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, bununla bağlı müraciətlər artıq UEFA və FIFA-ya göndərilib: "Ümidvaram ki, bu mövsümün sonunadək "Keşlə" ev oyunlarını orada keçirə biləcək".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26