Avroliqa və Konfrans Liqasında 1/4 və 1/2 final cütlükləri bəlli olur

Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Ətraflı
Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər. Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.
Avropa Liqası
1/4 final
"Leyptsiq" (Almaniya)
"Barselona" (İspaniya)
"Atalanta" (İtaliya)
"Braqa" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)
"Vest Hem" (İngiltərə)
"Ayntraxt" (Almaniya)
"Lion" (Fransa)
UEFA Konfrans Liqasında da 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bu, cari mövsümün son püşkatması olacaq və komandalar səbətlərə bölünməyəcək. Həmçinin növbəti raundlarda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər. Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq.
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.
UEFA Konfrans Liqası
1/4 final
"Marsel" (Fransa)
"Lester" (İngiltərə)
PSV (Niderland)
"Budyo Qlimt" (Norveç)
PAOK (Yunanıstan)
"Slaviya" Praqa (Çexiya)
"Roma" (İtaliya)
"Feyenoord" (Niderland)
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26