Interposta.Info

Millətlər Liqasında finalçlar və ev sahibi bəlli olub

İdman
 19-11-2020, 09:10     573

Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Bununla final mərhələsinin iştirakçıları və oyunlara ev sahibliyi edəcək ölkə məlum olub.

Fransa və İspaniyanın ardından bugünkü qarşılaşmalardan sonra Belçika ilə İtaliya da A liqasındakı qruplarında birinci yeri tutaraq, həlledici matçlarda iştirak hüququ qazanıblar.

Yarımfinal və final görüşləri məhz sonuncuların meydanında keçiriləcək. İtalyanlar ev sahibliyinə digər namizədlər olan 1-ci qrupdakı rəqibləri Niderland və Polşanı üstələyərək, “Dördlər finalı”nın meydan sahibi olmağa layiq görülüb.

Dekabrın 3-də keçiriləcək püşkatma mərasimində yarımfinal cütləri müəyyənləşəcək. Gələn il oktyabrın 6-7 yarımfinal, 10-da 3-cü yer uğrunda qarşılaşma və final baş tutacaq. Oyunlar Milandakı “San Siro” və Turindəki “Yuventus Arena”da keçiriləcək./apasport.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26